"Azərbaycan və Ermənistanla sülh sazişi Trampın sülhün prezidenti olmaq niyyətinə misaldır" - Rubio

23:21 12.08.2025 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Prezident Tramp sülhü prioritet edərək, razılaşmalar əldə etmək istədiyini bildirir.

Hafta.az-ın məlumatına görə, bu sözləri ABŞ Dövlət katibi Marko Rubio deyib.

Onun sözlərinə görə, son zamanlar olan sülh razılaşmaları Trampın xidmətləridir: “O, sülhün prezidenti olmaq istədiyini bəyan etdi. Beləliklə, hər hansı bir dəyişiklik edə biləcəyimiz bir münaqişə gördükdə, işə qarışırıq və bu baxımdan yaxşı uğur qazanırıq. Hindistan - Pakistan, Tailand - Kamboca, bir neçə gün əvvəl Azərbaycan və Ermənistanla sülh sazişi buna misaldır”.